Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyanın Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxarmasında qəribə DETAL

36 Baxış

Ermənistan baş naziri Nikol Paşinyan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Sarkis Ovannisyanı həyat yoldaşı haqqında məlumat sızdırmasından şübhələnirdi ki, bu da onun vəzifədən uzaqlaşdırılmasının açıqlanmayan səbəblərindən birinə çevrildi.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır.

Bildirilir ki, Paşinyan İrəvanda hökumət iqamətgahının yaxınlığında yerləşən ziyafət salonlarından birində atəşfəşanlıq olandan sonra işdən çıxarılması üçün əlverişli səbəb tapıb. Partlayış səslərindən qorxan Ermənistanın baş naziri Ovannisyana üz tutub. O, Paşinyana yalan danışaraq atəşfəşanlığın təşkilatçılarının icazəsi olduğunu deyib. Onun yalanını Daxili İşlər Nazirliyinin rəisi üzə çıxarıb, əslində, icazənin olmadığını bildirib.

Qəzet yazır: “Hüquq-mühafizə sistemi Ovannisyanın vəzifəsiz qalmaması məsələsini aktiv şəkildə müzakirə edir, çünki onun çoxlu məlumatı var”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678