Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hikmət Hacıyevdən hərbi əməliyyatlarla bağlı açıqlama

35 Baxış

“Qanunsuz separatçı marionet rejim özünü ləğv etməli, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələri tərksilah edilməlidir”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Azərbaycan qanuni hərbi hədəflərə qarşı dəqiq idarə olunan hərbi sursatlardan istifadə edir və bütün vasitələrlə mülki şəxslərə xəsarət yetirməkdən çəkinir. Azərbaycanın Qarabağ bölgəsində erməni əsilli mülki şəxslərin hüquqları və təhlükəsizliyi Azərbaycanın Konstitusiyası və beynəlxalq öhdəlikləri əsasında təmin ediləcək. Bitirin və tərksilah olun!”, – deyə o qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678