Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təslim olan döyüşçülərə amnistiya nəzərdə tuturuq – Hikmət Hacıyev

30 Baxış

Azərbaycan silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutur.

Turanmedia.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Reuters”ə deyib.

O, hətta keçmiş döyüşçülərə də bunun tətbiq edilməsinin mümkünlüyünü ifadə edib.

“Hazırda biz görürük ki, bəzi ayrı-ayrı ordu qrupları və zabitlər bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər”, – Hikmət Hacıyev deyib.

O, Qarabağ ermənilərinin humanitar yardım istədiklərini və bölgəyə çatdırıldığını bildirib. O qeyd edib ki, Azərbaycan Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istəyir.

Xatırladaq ki, bu gün müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678