Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni lobbisinin Qarabağ acizliyinin ETİRAFI: “Heç nə edə bilmirik”

32 Baxış

Fransa Qarabağ məsələsində beynəlxalq aləmdə, xüsusən də Avropada tək və acızdir, çünki Türkiyə və Azərbaycan lobbisi çox ciddi işləyir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan deyib.

Onun sözlərinə görə, Makronla birbaşa münasibətləri olduğundan ona təzyiq edib Fransanın beynəlxalq aləmdə ermənipərəst və “artsaxpərəst” mövqe sərgiləməsinə çalışıblar.

“Nəticədə bilirsiniz ki, Fransanın səyi ilə iki dəfə BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsi ilə bağlı iclası baş tutub. Bu bizim mövqeyimiz nəticəsində olub. Lakin Fransa beynəlxalq aləmdə, xüsusən də Avropada təkdir, çünki Türkiyə və Azərbaycan lobbisi çox ciddi işləyir. Fransa ermənipərəst mövqeyində tək olduğundan nə BMT-yə, nə də beynəlxalq ictimaiyyətə təəssüf ki, böyük təsiri ola bilməz”, – Papazyan deyib.

Fransanın Azərbaycana qarşı sanksiyalarına gəldikdə Papazyan deyib ki, bu Azərbaycanın bundan sonra atacağı addımlardan asılı olacaq.

Fransadan edə bilməycəyi şeyləri də tələb etməyin absurd olduğunu bildirən Papazyan deyib ki, ciddi addımları atmağı tələb edəndə Fransa bunu edəcəyini deyir, amma Ermənistanın özü bunu etmir: “Yəni Ermənistan, Paşinyan Qarabağı müdafiə etməyəcəyini bəyan edir. Görünür ki, Paşinyan Ermənistanın Qarabağı müdafiə etməyəcəyi ilə fəxr edir. Diaspora Qarabağın xeyrinə çalışanda, xüsusən də 44 günlük müharibə zamanı bizə dedilər ki, Ermənistan özü imtina etdiyi halda, niyə bizdən Qarabağın müstəqilliyini tanımağı tələb edirsiniz? İndi Qarabağa kömək edin deyəndə biz kömək deyirik, bəs Ermənistanın özü bu yardım etməkdən imtina edəndə bizə nə deyirsiniz? Bizim və sizin Ermənistanda ciddi probleminiz var”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678