Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zəngəzur işləri ciddi yön aldı: Ankara savaşa başlayır

24 Baxış

Azərbaycanın Qarabağdakı antiterror tədbirlərindən sonra Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. 20 sentyabrdan sonra Azərbaycanın suveren hüquqlarını bərpa etməsindən sonra dünya mediasının gündəmdə əsasən, “Zəngəzur dəhlizi”nin reallaşması ilə bağlı mövzulardır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, “haber7”də “Planın ən kiritik hərəkəti Zəngəzurdur” məqaləsində də “Zəngəzur dəhlizi” və onun əhəmiyyəti qeyd olunur.

Məqalədə bildirilir ki, “Zəngəzur dəhlizi”nin açılışına gedən yol bilək gücü ilə nəticələnib.

“Qarabağda işğalçıların təmizlənməsi mühüm qələbə idi. İndi diplomatiyanın vaxtıdır. Ya Ermənistan buna əməl edəcək, ya da İran daxil olacaq. Bu məqamda ciddi qətiyyət var. Zəngəzur dəhlizi heç vaxt, sadəcə, kilometrlərlə ifadə olunan avtomobil yolu olmayıb. Çünki onun regional və qlobal tarazlığı dəyişmək potensialı var. Türkiyənin türk dövlətləri ilə birləşməsi Avropanın Çinlə əlaqəsi deməkdir”, -məqalədə deyilir.

Nəşr yazır ki, Zəngəzurun enerji resurslarının tranzit marşrutu olması vacibdir: “Türkiyə illərdir ki, enerji mərkəzinə çevrilməyə hazırlaşır və bu ona geniş imkanlar yaradacaq. Məsələn, ötən ilin yanvarında Bolqarıstanla, avqustda isə Macarıstanla təbii qaz ixracı müqaviləsi imzalanıb. Nəhayət, buna Rumıniya da əlavə olundu. Rumıniyaya gündəlik 4 milyon kubmetrə qədər təbii qaz ixracı razılaşdırılıb. Ölkələrin qaz ixracında bir-bir sıraya düşməsi, Türkiyənin Avropanın enerji təchizatı təhlükəsizliyinə və müxtəlifliyinə verdiyi töhfənin bariz göstəricisidir”.

Məqalədə qeyd olunub ki, “Zəngəzur dəhlizi” sayəsində Türkiyə türk dövlətlərinin enerji potensialını Avropaya açan qapıya çevriləcək: “Beləliklə, Avropa, Türkiyə və enerji baxımından zəngin region ölkələri də qazanacaq. Türkiyə və Azərbaycan “Zəngəzur dəhlizi”ni açmaqda qərarlıdır. Qərb Türkiyənin bu prosesdən daha güclü çıxacağının fərqindədir. Amerikalı Forbes-in “Heç kim Türkiyənin coğrafiyada gizlənmiş super gücünün fərqinə varmadı”, Fransız Le Point-in “Ərdoğanın qələbə yürüşünü kim dayandıracaq?” şərhi bu səbəbdəndir.

Onların Türkiyədən yan keçən İMEC kimi alternativ planlar qurduqları, Qarabağda Ermənistanın protektorluğu iddiası ilə Zəngəzura hakim kəsilməyi planlaşdırdıqları da bir həqiqətdir”.

Nəşr sonda onu da qeyd edir ki, digər güclərin oyunları pozmaq istiqamətindəki cəhdləri uğursuzluğa düçar olacaq və yenə də Ankara və Bakı qələbə çalacaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678