Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Türkiyə, Azərbaycan və Şimali Kipr – “Tək millət, üç dövlət“ – Ersin Tatar

56 Baxış

“Tarixi günlər yaşayırıq. Ölkəmizə dəstəyinə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edirik. Türkiyə, Azərbaycan və Şimali Kipr “Tək millət, üç dövlət”dir”.

Turanmedia.az xəbər verir ki, bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 14-də keçirilən mətbuat konfransında bildirib.

Türkiyənin Şimali Kiprin qarantı olduğunu diqqətə çatdıran Ersin Tatar Azərbaycanın da ölkəsinin yanında olduğunu bildirib:

“Biz də hər zaman Türkiyənin və Azərbaycanın yanındayıq. “Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri” çərçivəsində mühüm görüşlər keçirdik. Ölkələrimiz turizm, elm, təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlığı davam etdirəcəklər”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678