Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat naziri sərt tənqid etdi: “Gəlib yalandan evə baxıb gedirlər”

33 Baxış

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Razi Nurullayev İmişli rayonunun Məmmədli kənd sakini, şəhid anası Dürrü Mirzəyevanın acınacaqlı vəziyyətini ictimailəşdirib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, deputat sosial şəbəkə hesabında şəhid anasının evindən video paylaşıb.

Millət vəkili aidiyyəti qurumları, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini şəhid ailəsinə diqqət göstərmədiyi, onun problemlərini həll etmədiyi üçün sərt tənqid edib.

“Birinci Qarabağ müharibəsində şəhid olan Mahir Mirzəyevin 77 yaşlı anasının eşidilməyən səsinı çatdırıram. 30 ildir gözləyir, nə vaxt rahat yaşayacaq?

Yatağa məhkum ananı ziyarət edib dinlədim. Çox ağrılı bir vəziyyətdir. Bu insanlar belə yaşamalı deyil. Onların problemlərinin həll edilməməsi belə insanlarda haqlı narazılıq yaradır”, – deputat bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678