Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lukaşenko: “Sarayları sevmirəm, lakin Putinin məsləhətinə qulaq asdım”

25 Baxış

Minskdəki Müstəqillik Sarayının prezident iqamətgahına çevrilməsi Rusiya Prezidenti Vladimir Putinin məsləhəti ilə olub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabrın 24-də gənclərlə görüşündə bildirib.

Belarus prezidentinin sözlərinə görə, bir gün o, Putinlə sarayın dəhlizi ilə gəzib müxtəlif məsələləri müzakirə edərkən Rusiya Federasiyasının rəhbəri qəfildən niyə burada işçi iqamətgahı yaratmadığını soruşub.

“Bu barədə düşünmürdüm, çünki saray yüksək səviyyəli tədbirlər üçün yaradılıb. Ancaq Putinin ”sənin yerində olsaydım burada çalışardım” sözlərindən sonra bu barədə düşünəcəyimə söz verdim. Daha sonra burada mənim ofisim yarandı”, – Lukaşenko deyib.

Siyasətçi əlavə edib ki, ümumiyyətlə, sarayları sevmir, lakin onun fikrincə, dövlətin belə bir simvolu olmalıdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678