NATO-dan Rusiyaya çağırış: Qoşunları çıxart!
12 Baxış

NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Moldovanın Baş naziri Dorin Reçan ilə görüşüb.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Alyans rəhbəri X sosial şəbəkəsində qeyd edib.
O bildirib ki, NATO Moldovanın suverenliyini tam dəstəkləyir, yəni Dnestryanının müstəqilliyini tanımır:
“Hörmətli tərəfdaşımız Moldovanın Baş naziri Dorin Reçan ilə görüşməyimə şadam. NATO sizin suverenliyinizi və ərazi bütövlüyünü tam dəstəkləyir və biz Rusiyanı öz qoşunlarını ərazinizdən tamamilə çıxarmağa çağırırıq”, – Stoltenberq yazıb.
O əlavə edib ki, Moldova NATO-nun dəstəyinə arxalana bilər.