Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu olmadan HƏMAS-ı məhv etmək mümkün deyil – Lavrov

31 Baxış

Əgər Qəzza məhv edilərsə və onun 2 milyon əhalisi didərgin düşərsə, bu, onilliklərlə davam edəcək bir fəlakət yaradacaq.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“İsrail açıq şəkildə cavabının qəddar olacağını və beynəlxalq hüquqa tam riayət etmədən HƏMAS-ı məhv edəcəyini açıqladı. Qəzzanı və onun mülki əhalisini məhv etmədən HƏMAS-ı məhv etmək mümkün deyil. Regionda münaqişə dayandırılmalı və Qəzza əhalisinə humanitar yardım göstərilməlidir”, – rusiyalı nazir vurğulayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678