Hikmət Hacıyev İran səfiri ilə Yaxın Şərqdən danışdı

10 Baxış

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi Teleqram kanalında məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivləri, habelə İsrail-Fələstin münaqişəsi, İslam ölkələri arasında qarşılıqlı əlaqələrin zəruriliyi barədə də fikir mübadiləsi aparılıb.