Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ayxan Hacızadə Ermənistan XİN sözçüsünə cavab verib

28 Baxış

Ermənistan XİN sözçüsü Ana Badalyan guya Azərbaycan ordusunun antiterror tədbirləri zamanı əziyyət çəkən şəxslərin “statistika”sını açıqlayıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Badalyan bu məlumatı “X” hesabında paylaşıb.

Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə Ermənistanın bu yalanına cavab verib.

“Bu, başqa bir saxtakarlıq və bacarıqsızlıq nümayişidir. Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır” – deyə Hacızadə bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678