Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ersin Tatar BMT Baş katibinin müavini ilə görüşdü

32 Baxış

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar BMT Baş katibinin sülh əməliyyatları üzrə müavini Jan-Pyer Lakroixi qəbul edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Jan-Pyer Lakroix görüşdən sonra mətbuata açıqlama verib.

O bildirib ki, görüşdə KKTC ilə Kiprdəki BMT Sülhməramlı Qüvvələri arasındakı münasibətlər əsas müzakirə mövzusu olub.

Tərəflər Yaxın Şərqdə baş verən hadisələr barədə də fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Lakroix Ersin Tatardan öncə Yunan Kiprinin rəhbəri Nikos Hristodulidis ilə də görüşüb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678