Bu gün Blinken Türkiyəyə gəlir
9 Baxış

ABŞ-ın Dövlət katibi Entoni Blinken noyabrın 5-də Türkiyəyə səfər edəcək.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Blinkenin Türkiyənin dövlət rəsmiləri ilə keçiriləcək görüşündə İsrail-Fələstin münaqişəsində son vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə olunması gözlənilir.
Səfər iki gün davam edəcək.
Qeyd edək ki, Blinkenin regiona səfəri 2 noyabrda başlayıb və 10 noyabra qədər davam edəcək.