CHP-nin yeni sədri seçildi

Noyabrın 4-də Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayı keçirilib.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, qurultayda partiyanın yeni sədri seçilib.
Səsvermə nəticəsində Manisa vilayətinin millət vəkili Özgür Özel CHP-nin yeni sədri olub.
Qeyd edək ki, sədrlik uğrunda mübarizə Kamal Kılıçdaroğlu və Özgür Özel arasında aparılıb. İlk turda namizədlər tələb olunan səsləri ala bilmədikləri üçün seçki 2-ci turda davam etdirilib. Kılıçdaroğlu 534, Özel isə 811 səs toplayıb və nəticədə qalib olub.
Xatırladaq ki, CHP 1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən yaradılıb.
K. Kılıçdaroğlu CHP-yə 13 il sədrlik edib. Son Prezident seçkilərində rəqibi Rəcəb Tayyib Ərdoğana növbəti dəfə məğlub olduğu üçün onun istefası tələb edilib.