Lavrov: “Qərb Rusiyaya qarşı onunla dost olmaq istəyir”
21 Baxış

Qərb ölkələri Ermənistanın “qılığına girir” və Rusiyaya qarşı onunla dost olmaq istəyirlər.
Turanmedia.az-ın məlumatına görə, TNS TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının efirində deyib.
“İndi Ermənistanın fəal şəkildə qılığına girən Qərb ölkələri onunla Rusiya Federasiyasına qarşı dost olmaq istəyirlər” – o vurğulayıb.
Lavrovun sözlərinə görə, Rusiya Federasiyasının Ermənistanın xarici tərəfdaşlarına qarşı qərəzi yoxdur, İrəvan öz kursunu müstəqil şəkildə müəyyənləşdirməlidir.