Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putindən sonra bu ölkə Rusiyanı parçalayacaq

36 Baxış

Hazırda Moskva üçün ən böyük təhlükə Çindən asılılığını daha da dərinləşdirməsidir. Təkcə Putin deyil, bütün ruslar bu barədə düşünməlidir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton deyib.

“Ağ Evdə işlədiyim vaxtlar Moskvaya tez-tez gedirdim. Orada keçmiş xarici işlər naziri İqor İvanovla danışdığımı xatırlayıram. Ona dedim ki, Rusiya Çinlə çox yaxınlaşmaqdan çəkinməlidir. Cavab olaraq o, mənə “partiya xətti” deyilən şeyi verdi – deyirlər, özümüzü rahat hiss edirik, heç bir problem yoxdur, bunun Rusiyanın maraqlarına uyğun olduğuna inanırıq.

Mən sadəcə əllərimi qaldırdım! İndi isə artan asılılıq daha aydın görünür. Bu, hər bir rus üçün aktual olmalıdır. Nə vaxtsa onlar geri qayıtmaq istəyəcəklər və mümkün olmayacaq.

ABŞ-ın maraqlarına əsaslanaraq, Rusiyanın Putindən sonra çox zəif olacağı ehtimalını nəzərə almalıyıq.

İndi təsəvvür etmək çətindir, amma parçalanma, hətta bəzi torpaqların Çin tərəfindən birbaşa ilhaqı ola bilər… Putindən sonra Çin Rusiyanın Asiya hissəsində qeyri-məhdud fəaliyyət azadlığına malik olacaq”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678