Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

XİN Avropa İttifaqı rəsmisinin İbadoğlu və Hacıyevlə bağlı çağırışına cavab verib

32 Baxış

“Qanuni istintaq hərəkətlərinə hər hansı müdaxilə təkcə qanunsuz deyil, həm də siyasi cəhətdən düzgün deyil”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” hesabında bildirib.

XİN rəsmisi Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin mətbuat katibi Peter Stanoyanın hazırda həbsdə olan Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin azad edilməsi ilə bağlı çağırışına cavab verib:

“Həm Qubad İbadoğlu, həm də Bəxtiyar Hacıyev qanunla müəyyən edilmiş müvafiq cinayət təqibi altındadır və buna hörmət edilməlidir.Belə bir çağırış ikili standartların və siyasi manipulyasiyanın bariz nümunəsidir, çünki Aİ Ermənistanda onlarla siyasi fəalın siyasi təqiblərini və əsassız həbslərini pisləyə bilmədi. Aİ-nin bu cür müdaxiləni davam etdirmək cəhdləri tamamilə qəbuledilməzdir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678