Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransanın İrəvana verəcəyi “Mistral” strateji dəyişikliyə səbəb olmayacaq – Nersisyan

27 Baxış

Fransanın Ermənistana “Mistral” hava hücumundan müdafiə sistemi verməsi, ordunun müdafiə qabiliyyətini artırmağa xidmət etsə də, amma ciddi strateji dəyişikliyə gətirib çıxarmayacaq.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Leonid Nersisyan deyib.

O, Fransadan alınan zirehli “Bastion”ların alınmasını təqdir etsə də, bunun az olduğunu deyib.

Nersisyan onu da bildirib ki, Ermənistan Hindistandan bir milyard dollarlıq silah almağı planlaşdırır.

“Əgər Hindistan mənbələrinin dediyinə əsaslansaq, bu sayda silah almaqla 2020-ci ildəki artileriya itkisini bərpa etmiş olarıq”, – o qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678