Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zəngəzur ili başlayır: Njde buranı işğal edəndə demişdi ki…

20 Baxış

Erməni alim, türkoloq Varujan Geqamyan Zəngəzur dağlarının fotosunu paylaşaraq, bu dağları “Avrasiyanın geosiyasi mərkəzlərindən biri” adlandırıb.

Turanmedia.az Kult.az-a istinadən xəbər verir ki, o, 100 il əvvəl “Artsax və Naxçıvanın süqutundan sonra” Qərbi Zəngəzurun yenidən diqqət mərkəzinə düşdüyünü bildirib.

Bunun ardınca yazdıqları isə əslində ermənilərin 100 il öncəki işğalının təsdiqidir:

“O vaxt Süniki (Zəngəzuru – red.) tutan (işğal edən – red.) Njdenin sözləri bizim dövrümüzə də tam uyğundur: “O dağları kim ələ keçirdisə, Ermənistanın sahibidir”. 2024-cü il Zəngəzur ili olacaq”.

Qeyd edək ki, daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir, onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur, Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə Azərbaycan kəndləri (Cümhuriyyət dövründə Zəngəzur Azərbaycanın tərkibində idi – red.) yandırılır, əhali qətlə yetirilir və öz evlərindən qovulur.

Njde həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında gedir.

Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Njde Sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında Sovet ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Mehri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə Qırmızı Ordunu sıxışdırıb çıxara bilir. 25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda “Dağlıq Erməni Respublikası”nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan Qırmızı Ordunun əsas qüvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.

Qaregin Njde özünü yaratdığı oyuncaq respublikanın “ali baş komandan”ı elan edir. Lakin iyulun ilk günlərində hücuma keçən sovet qoşunları erməni dəstələrini darmadağın edir və Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678