Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kulebaya dedim ki, bu taktiki məsələ deyil, tarixidir

23 Baxış

Ukraynanın AB-yə daxil olması məsələsi işlənib hazırlanmayıb, halbuki bu, taktiki deyil, tarixi məsələdir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşü barədə danışarkən deyib.

O bildirib ki, Kuleba ilə iki ilə yaxındır görüşmürdü və iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün bir araya gəliblər:

“İndi yenidən görüşəndən sonra əlbəttə ki, Ukraynanın Avropaya inteqrasiya ambisiyaları haqqında danışdıq”.

Onun sözlərinə görə, Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqlara başlamaq təklifi hazırlanmayıb və Avropa Komissiyasının Ukraynanın AB-yə üzvlüyünün bütün cəmiyyətə necə təsir edəcəyi barədə heç bir təsəvvürü yoxdur:

“Avropa Komissiyası Ukraynanın üzvlüklə bağlı danışıqlar aparacağına zəmanət verəcək hazırlıq işləri görməyib”.

Qeyd edək ki, ötən gün Siyarto ilə Kuleba arasında görüş keçirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678