Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilər təşvişdə: Əliyev yeni sürprizlər hazırlayır…

22 Baxış

Azərbaycanda 7 fevral 2024-cü ilə təyin edilən prezident seçkilərinə erməni ictimaiyyətində də qəribə maraq hiss edilir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bir çox erməni ekspert bunu İlham Əliyevin 2024-cü ilə “ciddi hazırlaşması” ilə əlaqələndirir və 2018-ci ildə hər iki ölkədə keçirilən seçkilərlə müqayisələr aparırlar.

Belə ki, yeni Konstitusiya ilə parlament respublikasına çevrilən Ermənistanda 2018-ci il seçkiləri ciddi qarşıdurmalarla yadda qaldı, “məxməri inqilab” baş verdi. Məhz bu ərəfədə ilk dəfə olaraq növbədənkənar seçkiyə gedən Azərbaycan Ermənistanda “legitim seçkilər”dən (8 may) təxminən 1 ay öncə – 11 apreldə prezident seçkisindən daha güclənmiş formada çıxdı.

Erməni ekspertlər bu addımı İlham Əliyevin Ermənistandakı prosesləri qabaqlamaq və hadisələrin istənilən inkişafına hazır olmaq istəyi kimi qiymətləndirirlər. Konstitusiya dəyişikliyi ilə prezidentlik müddətini 7 ilə qaldıran Azərbaycan faktiki olaraq mərkəzləşmiş, daha güclü hakimiyyəti ilə dünyadakı yenilənən proseslərin iştirakçısına çevrildi.

Erməni ekspertlər məhz bunun ardınca Ermənistan hakimiyyətinin beynəlxalq tribunalarda ard-arda zərbələr aldığı və mövqelərinin sarsıldığını, nəticənin isə 27 sentyabra gətirib çıxardığını bildirirlər.

İlham Əliyevin prezident seçkilərini 2024-cü ilin əvvəlinə çəkməsində də eyni prosesin təkrar oluna biləcəyi qorxusu və əndişəsi erməniləri sarıb: iddialardan biri də budur ki, seçki yarışını regional marağı olan bütün ölkələrdən daha əvvəl tamamlayan Azərbaycan lideri yeni proseslərə başlaya və daha ciddi sürprizlərlə Ermənistanı üz-üzə qoya bilər.

İlham Əliyevin istənilən sürprizi etməyə qadir olduğunu vurğulayan erməni ekspertlər eyni zamanda bunu Ukrayna müharibəsində Rusiyanın xeyrinə baş verən proseslər, o cümlədən Qəzza münaqişəsi ilə da əlaqələndirirlər. Ehtimallardan biri də budur ki, hər iki münaqişənin başa çatdığı və dünyanın yeni nizamı ilə bağlı daha ciddi proseslərin başladığı ana Azərbaycan lideri, həmişəki kimi, hazır olmağı hədəfləyir.

Bu xüsusda Ermənistanda da parlament seçkilərinin – hakimiyyətin yenidən formalaşdırılmasının gündəmə gətirilməsi diqqət çəkir. Ancaq belə görünür ki, daxili proseslər Nikol Paşinyana qısa müddətdə növbədənkənar seçkiyə gedərək, 2024-cü ili güclü şəkildə başa vurmaq imkanı qazanmasına mane olur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678