Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ankara Universitetində Qərbi Azərbaycana qayıdış mövzusunda tədbir keçirilib

54 Baxış

Türkiyənin Ankara Universitetində Qərbi Azərbaycana qayıdış mövzusunda dəyirmi masa keçirilib.

Turanmedia.az xəbər verir ki, bu barədə TNS-ə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Tədbirdə Ankarada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə Parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankara Qazi Universitetinin Sosial Elmlər İnstitutunun əməkdaşları, Ortadoğu Texniki Universitetinin rektoru, Ankara Universitetinin professor-müəllim heyəti iştirak ediblər.

Tədbir Ankara Universitetinin rektoru Necdet Ünüvarın nitqi ilə başlayıb.

Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Ermənistan tərəfindən zorla doğma yurdlarından qovulmuş azərbaycanlıların hüquqlarının beynəlxalq platformalarda müdafiə edilməsinin əhəmiyyətini qeyd edib. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı təşkilatın fəaliyyəti, məqsədi və məramı haqqında təqdimat edib, Qərbi Azərbaycandan olan əhalinin əsas hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin və təmin olunmasının vacibliyini vurğulayıb.

Çıxışların ardından nümayəndə heyətinin tərkibində olan deputatlar Nizami Cəfərov, Fəzail Ağamalı, Anar İskəndərov, Məlahət İbrahimqızı Qərbi Azərbaycan İcmasının fəaliyyətinin müxtəlif aspektləri haqqında məlumat veriblər.

Türkiyə Parlamentində Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım çıxışında Qərbi Azərbaycandan məcburi köçürülmüş əhalinin hüquqlarının beynəlxalq platformalarda müdafiəsi məqsədilə Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlığın zərurətini xüsusi qeyd edib.

Türkiyənin təhsil müəssisələrinin təmsilçiləri çıxışlarında Qərbi Azərbaycan mövzusunun tədris prosesində işlənməsi, bu mövzuda akademik tədbirlərin ardıcıl olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirin sonunda iştirakçılar 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Ankara Universiteti inzibati binasının qarşısında əkilmiş ağacın önündə xatirə şəkli çəkdirib, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678