Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məhərrəm Əliyev etimadnaməsinin surətini Belarusun xarici işlər nazirinə təqdim edib

20 Baxış

Yanvarın 5-də Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev arasında görüş keçirilib. Görüş zamanı Azərbaycanın diplomatik missiyasının yeni rəhbəri etimadnaməsinin surətini nazirə təqdim edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Görüşdə Belarus-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri müzakirə edilib. Həmsöhbətlər ən yüksək səviyyədə səfərlərin təşkilinə, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına dair “Yol xəritəsi”nin razılaşdırılması mövzularına xüsusi diqqət yetiriblər.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığa uyğun olaraq əlaqələrin daha da inkişafına diqqət yetirdiklərini təsdiq ediblər.

Nazir M.Əliyevə diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678