Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MM sədri: “Azərbaycan və Türkiyənin birliyi artıq reallıqdır”

157 Baxış

“Dünən Azadlıq meydanında möhtəşəm zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən bu parad Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, paradda Türkiyənin əsgər və zabitlərinin iştirakı bayram abı-havasını daha da artırıb:

“Türkiyənin bu möhtəşəm tədbirdə bizimlə birgə olmasının çox dərin mənası var. Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir. Prezidentin də dediyi kimi, Azərbaycan və Türkiyənin birliyi artıq reallıqdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678