Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ münaqişəsinin həllinə Qərbin reaksiyası: Qısqanclıq, yaralı qürur… – İSLANDİYADAN MÜSAHİBƏ

138 Baxış

Qərb ölkələri 9 noyabrdan 10 noyabra keçən gecə Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsinin həlli ilə bağlı imzaladıqları bəyanata gecikən reaksiya göstərməyə davam edirlər.

Tanınmış islandiyalı jurnalist və analitik Haukur Hauksson Qərbin, əslində, 10 noyabr bəyanatını nüfuzdan salmağa yönəlmiş reaksiyasını Media.Az-a verdiyi müsahibədə şərh edib:

“Qərbin reaksiyasından danışsaq, bu, mənim fikrimcə, gəlini toydan əvvəl qaçan bəyin qısqanclığına, yaralı qürururuna bənzəyir.

Qərb nizamlanmada ciddi rol oynamaq istəyirdi, ATƏT-in Qarabağa sülhməramlı kontingent göndərmək planları var idi. Ancaq 10 noyabra keçən gecə Rusiyanın vasitəçiliyi ilə hər şeyə qərar verildi. Əlbəttə ki, bu məsələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm rol oynadı”.

Hauksson qeyd edib ki, Qarabağ münaqişəsinin belə gözlənilmədən sürətlə həll edilməsi həm Brüsseli (Avropa İttifaqı), həm NATO-nu, həm də Vaşinqtonu şoka saldı:

“Onlar ümid edirdilər ki, Rusiyanın bölgədəki rolunu azaldacaqlar”.

Jurnalist bildirib ki, Fransa və Belçikada Paris, Brüssel və ümumiyyətlə, Qərbi Avropada gizli təsiri olan güclü erməni diasporunun olduğunu xüsusilə söyləmək lazımdır:

“Erməni faktoru Şimali və Cənubi Amerikada və Rusiyada da əhəmiyyətli rol oynayır. Düşünürəm ki, erməni xalqına daha çox rəğbət bəsləyən bəzi (rusiyalı – red.) mütəxəssislər arasında müəyyən anti-Türkiyə və anti-Azərbaycan cərəyanı var. Bəzilərinin təhdid kimi qəbul edilən Türkiyənin, Türk dünyasının güclənməsindən qorxusu var.

Bu qorxular nə dərəcədə haqlıdır? Bilmirəm. Ancaq belə qorxular, deyək ki, beş milyon türk və kürdün yaşadığı Almaniyada da mövcuddur. Baxmayaraq ki, onlar qanuna tabe və əməksevər insanlardır. Bunlar Şimali Afrika, Suriya və digər bölgələrdən gələn miqrantlar deyil”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678