Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İqor Babuşkin İlham Əliyevə məktub ünvanladı

134 Baxış

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC-ın yayımladığı təbrik mətnində deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi dərin ehtiramla və xoş arzularla təbrik edirəm.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uzun illər tükənməyən enerji arzulamaqdan xüsusi məmnunluq duyuram.

Siz dünya miqyaslı nüfuzlu siyasi xadim kimi təkcə doğma ölkənizdə deyil, onun hüdudlarından kənarda da haqlı olaraq dərin hörmət qazanmısınız.

Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrini və işgüzar tərəfdaşlığı hərtərəfli dəstəklədiyinizə və onların inkişafına verdiyiniz dəyərli şəxsi töhfəyə görə Sizə təşəkkür edirəm.

Əminəm ki, biz qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ənənələrini birgə səylərimizlə gələcəkdə daha da inkişaf etdirəcəyik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678