Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“ASAN xidmət”in əməkdaşları təltif edildi – SƏRƏNCAM

136 Baxış

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif edilir:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Baxşəliyev Kamil Qəhrəman oğlu

Əliyev Əşrəf Yusif oğlu

Məmmədov Elvin Qasım oğlu

Osmanov Kənan İslam oğlu

Rəhimova Kəmalə Fizuli qızı

Rüstəmov Şahbaz Qadir oğlu

“Tərəqqi” medalı ilə

Cavadov Mehdi Nasir oğlu

Əmiraslanova İradə Azər qızı

Məmmədli Sahil Gülağa oğlu

Naxçıvanski Cəmşid Yusif oğlu

Niftəliyev Elnur Allahverdi oğlu.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678