Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Perenciyev: “Rusiya ermənilərin revanşizminə imkan verməyəcək” – VİDEO

126 Baxış

“Rusiya Zabitləri” ekspert şurasının üzvü Alexandr Perenciyev Ermənistanın Dağlıq Qarabağda saxta təxtibatyönümlü görüş keçirmələrindən danışıb. Rusiyalı mütəxəssisin fikrincə, İrəvanda uydurma “Artsax” əfsanəsi davam edir.

Ermənistanın müharibədə məğlub olması, daxili və xarici siyasətin ideoloji əsaslarının yenidən nəzərdən keçirilməsinə səbəb olmalı idi. Lakin praktiki olaraq, biz bunun əksini görürük.

Ermənistanda revanşizm ideologiyası hələ də davam etdirilməkdədir.

Bu fikirlə Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi Elmlər və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev də razıdır:

“Ermənilərin “Qondarma Dağlıq Qarabağ Respublikası” adlı “ake”i dəstəkləməyə çalışmaları gülüncdür. Məhz bu səbəbdən orada “nazirlər” təyin olunur və saxta ziyarətlər keçirilir.

Yerevan qondarma respublikanın guya hələ də mövcud olduğunu nümayiş etdirməyə çalışır. Azərbaycan torpaqlarının işğalı bir növ separatçı hərəkat adı altında həyata keçirilib.

Ermənilərin “Artsax” adlı oyunu hələ də davam edir. İrəvan oraya necə “nazirlər” təyin edə bilər? Bu, birmənalı şəkildə onu göstərir ki, hətta de-fakto olaraq Dağlıq Qarabağ üçün müstəqillik haqqında danışmağa dəyməz.

Ermənilərin bu addımı təxribatdır, aranı qızışdırmaq üçündür. Hətta onlar tərəfdən ölüm olsa belə, Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymaq niyyətindədirlər. Ermənistan intiqam almağa hazır deyil və heç vaxt buna hazır olmayacaq, çünki Rusiya əsgərləri onların qarşısında dayanacaq. Rusiya ermənilərin revanşizminə imkan verməyəcək. Bu 100 faiz belədir artıq”.

Daha ətraflı Baku TV-nin videosüjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678