Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türk dünyasına Qarabağla bağlı ÇAĞIRIŞ – FOTO

146 Baxış

“Türkiye Qazetesi”nin köşə yazarı Məryəm Aybikə Sinan türk dövlətlərinə çağırış edib.

O, “Twitter” hesabında yazısının mətnini paylaşaraq qeyd edib ki, “Türkiyə Şuşada, Qazaxıstan Füzulidə, Özbəkistan Cəbrayılda, Qırğızıstan Qubadlıda lazımi memarlıq və inşaat işlərini öz üzərinə götürə bilər. Qardaşlıq hüququ bunu tələb edir”.

“Azərbaycan güclü və zəngin dövlətdir. Erməni işğalından qurtardığı şəhərlərini yenidən inşa edə biləcək qüdrətə sahibdir, lakin bu, bütün türk dünyasının da ortaq dərdi və hədəfi olmalıdır”, – deyə yazıçı bildirib.

Aybikə Sinan Türk Şurasının rəhbərliyində kampaniyaya başladılmasını təklif edib.

“Türkiye Şuşa’da, Kazakistan Fuzuli’de, Özbekistan Cebrayil’de, Kırgızistan Gubatlı’da yapılması gereken imar ve inşa çalışmalarını üstlenebilir, çeşitli yardımlarda bulunabilir! Kardeşlik hukuku bunu gerektirir…”

Bugůnků yazımızda! https://t.co/vrW7XJGf3e

— Meryem Aybike Sinan (@aybikesinan) January 18, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678