Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lavrov: “Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”

147 Baxış

Rəsmi Moskvanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur.

“RİA Novosti” xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirilən brifinqdə deyib. 

“Bu bölgədəki bütün məsələlərin burada yerləşən ölkələr və ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunmasının vacibliyi qənaətindən çıxış edirik”, – deyə Lavrov qeyd edib. 

O bildirib ki, Rusiya Federasiyası bölgədə sülhü, sabitliyi və təhlükəsizliyi təmin edəcək həll tapmağa kömək etməyə hazırdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678