Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyalı deputat: “Ermənilərin bir çoxu hələ də Njdenin ideyalarını bölüşür”

136 Baxış

“Düşünürəm ki, ermənilərin bir çoxu bu gün də Qaregin Njdenin ideylarını bölüşürlər. Təəssüf ki, bu adama İrəvanda da abidə ucaldılıb və heç kim onu ​​sökməyi planlaşdırmır. Njde Hitlerin əlaltısı kimi tanınır. Ona təzim etməyə hazır olan insanları başa düşmürəm. Mənim üçün bu, olduqca qəribə haldır”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Vətən Partiyasının və Rus İcmaları Konqresinin sədri Aleksey Juravlyov deyib.

Daha əvvəl KİV-də nasistlərlə əlbir olmuş Njdeyə Qarabağda qoyulmuş abidənin söküldüyü ilə bağlı məlumat yayılıb.

Deputat tərkibinə Hitlerçi Almaniya nasizmi də daxil olan Qərb mədəniyyətinin Ermənistan hakimiyyəti üçün çox vacib olduğunu qeyd edib: “İndi bəzi ölkələrdə, o cümlədən Ermənistanda Qərb mədəniyyət modelinə uyğun gələn ənənələr var. Bu dövlətlərdə nasizm ideyası daha vacib və məqbuldur. Onlar hər yolla Qərbi Avropa üçün xoş olmasına çalışırlar. Onlar üçün faşist Almaniyasının Sovet İttifaqı ərazisinə gəlməsində əməyi olan insanlar qəhrəmandır. Bu Ermənistanı idarə edən bəzi elitləra da aiddir”.

A.Juravlyov İrəvandakı abidənin də söküləcəyinə ümidvar olduğunu bildirib.

“Böyük Vətən Müharibəsindən keçən insanlar, onların nəvələri və oğulları üçün bu, təhqirdir. Bunu məhz belə qəbul edirik”, – deyə deputat fikrini tamamlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678