Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nüfuzlu ABŞ nəşri: Ermənistanın mülki əhaliyə qarşı qadağan olunmuş silahdan istifadəsini təsdiqləndi

169 Baxış

ABŞ-ın nüfuzlu “Vice News” nəşri Ermənistanın Bərdə şəhərinə hücum zamanı qadağan edilmiş kasset bombalarından istifadəsi faktını təsdiqləyib.

Bu barədə nəşr “Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kasset bombaları istifadə olunur” başlıqlı məqalə dərc edib.

Nəşr qeyd edib ki, “Amnesty International”ın müstəqil eksperti Brayan Kastner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko tərəfindən materialların təhlili qadağan olunmuş kasset bombalarından istifadəni təsdiqləyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678