Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sahil Babayev azərbaycanlı iş adamlarına çağırış etdi

108 Baxış

Azərbaycanla Macarıstan arasında siyasi, iqtisadi əlaqələr inkişaf edir. 

Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan biznes forumunda deyib. 

O bildirib ki, 2020-ci ildə Azərbaycanla Macarıstan arasında ticarət əlaqələri 9 faiz artıb. Nazirin sözlərinə görə, Azərbaycan Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərməsinə qucaq açıb. 

Nazir Macarıstandan Azərbaycana müxtəlif məhsulların idxal olunduğunu diqqətə çatdırıb. “Buna görə də birgə istehsalın da olması gündəlikdədir”, – deyə S.Babayev əlavə edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri azərbaycanlı iş adamlarının Macarıstana investisiya qoyması üçün çağırış edib. 

Aqşin Kərimov 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678