Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan hərbi provokasiyaları davam etdirə bilər mi? – Aleksey Nejivoy cavab verir

131 Baxış

Ötən il sentyabr ayının ortalarında, İkinci Qarabağ müharibəsinin başlamasına iki həftədən az vaxt qalmış rusiyalı ekspert, Siyasi və Sosial Texnologiyalar Laboratoriyasının rəhbəri Aleksey Nejivoy Qarabağ münaqişəsinin tezliklə həll olunacağına dair proqnoz vermişdi. Nəticədə o, haqlı çıxdı.

Bu gün Azərbaycan Silahlı Qüvvələri planlı təlimlər keçirir, Ermənistan ordusu isə İrəvandakı etiraz aksiyalarının revanşist şüarları fonunda hərbi manevrlər həyata keçirməyə qərar verib.

Döyüş əməliyyatlarının bərpası mümkündürmü, yoxsa bu artıq  keçmişdə qalıb və müharibəni unutmaq olar?

Caliber.Az-a müsahibəsində bu sualı cavablandıran Aleksey Nejivoy bildirdi ki, indi möhkəmlənmək, mövcud vəziyyəti qoruyub saxlamaq lazımdır, ancaq gərginliyin sona çatması barədə danışmaq hələ tezdir:

Müharibə gündəmdə qalıb, hərbi əməliyyatlar Yerevandakı müəyyən qüvvələrə lazım ola bilər. Bu, siyasi mübarizə aparmağın bir metodudur. Nə qədər ki, Ermənistanda böyük siyasi kataklizmlər yaşanır, bir çox insan hakimiyyətə can atır – müharibə təhlükəsinə həmişə yer var. Bir daha təkrar edirəm, heç kim qalib gəlmək uğrunda müharibədən danışmır. Bu, rəqiblərlə haqq-hesab çürütmək üçün təxribat yaratmaq, onları müharibəyə qatmaq cəhdi ola bilər.

– Gəlin vurğuları qoyaq. Müharibə baş nazir kürsüsündə qalmağa çalışan Nikol Paşinyanın, yaxud ictimai rəy sorğularına görə cəmiyyətdə az dəstəyi olan müxalifətin marağında ola bilər?

– Hökumət üçün hərbi şüarların səslənməsi haradasa faydalıdır, lakin Ermənistandakı mövcud hakimiyyət vəziyyəti müharibə həddinə gətirib çıxarmayacaq. Onlar artıq öz paylarına düşəni alıblar. Ancaq müxalifət üçün bu seçim olduqca məqbuldur, çünki sonda çətin vəziyyətdə onsuzda hakimiyyət qalacaq.

Beləliklə hərbi əməliyyatlara sövq edilmə təhlükəsi qalır, sonra isə müxalifət növbəti məğlubiyyətə uğrayan hökuməti bitirə bilər.

Ermənistandakı müxalifətin quruluşunu götürsək, başa düşməliyik ki, hakimiyyət üçün mübarizə aparan bu insanların arxasında istənilən qüvvələr dayana bilər. “Musiqini” sifariş edən də məhz bu güclərdir.

Türkiyə-Azərbaycan siyasi əlaqələrinin güclənməsi bir çox siyasi qüvvələrə sərf etməyə bilər: qərbdən tutmuş, bəzi bölgə ölkələrinə qədər.

Ona görə, vəziyyəti bir çox tərəflər gərginləşdirə bilər. Ermənistan ordusunun hazırkı hökuməti dəyişməyə çağırışları müxtəlif qüvvələrin təşəbbüsü ola bilərdi. Azərbaycan üçün indi ən vacib məsələ “sosiallaşma”, itirilmiş və geri qaytarılan ərazilərin bərpasıdır. Bu, vaxt tələb edən çətin bir işdir.

Ermənistan tərəfinin qisas cəhdləri başa düşüləndir, bu qarşıya qoyulan vəzifələrin icrasına maneə  olacaq.

Müxtəlif güc mərkəzləri, öz geosiyasi təsirlərini qorumaq məqsədi ilə, Ermənistandakı gərgin vəziyyətdən istifadə edə bilərlər. 

Eyni zamanda İrəvan göstərdi ki, istənilən istiqamətə təzim etməyə hazırdır. Ona görə situasiyanın gərginləşmə riskləri realdır. Mən ümid edirəm ki, iqtisadi əməkdaşlıq münasibətləri nizamlayacaq, lakin imzalanmış sülh razılaşmasının möhkəmliyini sınamaq cəhdləri qaçılmazdır. Bu cəhdlər kasıb, xaraba vəziyyətdə olan ölkənin (Ermənistan – red.) bundan bezmədiyi qədər davam edəcəkdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678