Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcü tarixçi: “Hərbi hissədə inşa edilən yeni tikili necə mədəni sərvət ola bilər?”

118 Baxış

Erməni mətbuatı və Ermənistan Xarici İşlər Nazirliyi, İkinci Qarabağ müharibəsi zamanı azad edilmiş Azərbaycan torpaqlarında erməni mədəni dəyərlərinin guya məhv edilməsi məsələsini müzakirə etməyə davam edir.

Buna nümunə olaraq, son günlərdə Cəbrayıl rayonunda hansısa tikilinin (kilsə deyil) sökülməsindən bəhs olunur.

Prezidentin köməkçisi, Azərbaycan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə gün əvvəl “Twitter” səhifəsində xatırladıb ki, hələ 2017-ci ildə Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri Cəbrayılda qanunsuz tikilmiş kilsəyə baş çəkiblər.

“Onlar bu kilsənin əsgərlər üçün nəzərdə tutulan hərbi kompleksin ərazisində inşa edildiyi qənaətinə gəliblər. İşğal olunmuş torpaqların dini və mədəni identikliyini dəyişdirmək üçün həyata keçirilən istənilən cəhd qanunsuzdur”.

Bir müddət əvvəl Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etmiş gürcü tarixçi, professor Quram Marxuliya da Caliber.Az-a söhbəti zamanı bu fikirlə razılaşdığını bildirib.

“Hərbi hissədə inşa edilmiş tikili necə mədəni və tarixi irs hesab edilə bilər? Bu, sadəcə absurddur. Ümumiyyətlə, bu yeni tikili niyə Azərbaycanın işğal altındakı ərazisində peyda olub? Öz ölkələrində, Ermənistanda tikəydilər də.

Həqiqətən də Ermənilər 30 ilə yaxındır ki, işğal etdikləri Azərbaycan torpaqlarında dini və mədəni identikliyini dəyişdirməyə çalışaraq, bu torpaqların erməni əraziləri olduğunu sübut etməyə ümid ediblər. Məscidlər, abidələr, başdaşılar məhv edilib, amma tarixi kökündən silə bilmədilər və artıq bundan sonra da bunu etmək mümkün olmayacaq”, – deyə Q.Marxuliya fikrini tamamlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678