Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vladislav İsaev: “Paşinyan Kremli qane edir” – MÜSAHİBƏ

177 Baxış

Azərbaycan növbəti dəfə regional əməkdaşlığa və kommunikasiyaların açılmasına hazır olduğunu göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi zirvə toplantısında çıxışı zamanı müharibənin bitdiyini və yeni imkanların yarandığını, bu imkanlar arasında nəqliyyat imkanlarının ən əhəmiyyətli olduğunu bir daha vurğuladı.

Söhbət Zəngəzurdan keçən kommunikasiya layihələrindən gedir.

Buna rəğmən İrəvanın özündə qəribə vəziyyət yaranıb, bir tərəfdən bütün növ kommunikasiyaların blokdan çıxarılması müzakirə edilir, digər tərəfdən Azərbaycanla Ermənistan arasındakı sərhədlərin qanuni şəkildə möhkəmləndirilməsinə qarşı çıxılır. Bunsuz isə kommunikasiyaların blokdan çıxarmasından danışmaq çətin olacaq.

Rusiyalı iqtisadçı ekspert Vladislav İsaev Caliber.Az üçün vəziyyəti şərh edib.

– İndi Ermənistan vəziyyət mürəkkəbdir, növbədənkənar parlament seçkilərindən sonra hakimiyyət dəyişikliyini və revanşistlərin hökümət başına gəlməsini istisna etmək mümkün deyil.

Bu halda Ermənistan üzərindən kommunikasiya açılması barədə danışmaq çətin olacaq. Yeni müharibə başlamasa, yaxşıdır. Ümumilikdə isə Ermənistanın döyüşmək üçün heç nəyi yoxdur, buna baxmayaraq yumruq silkələmək istəyi yarana bilər.

Əgər Nikol Paşinyan hakimiyyətdə qala bilsə, iqtisadi situasiyanı qaydaya salmalı olacaq, demək ki, yəni nəqliyyat dəhlizlərinin açılmasına razılıq verməli olacaq. İndi, Ermənistanın baş naziri dolayı əlamətlərlə əlaqədar olaraq, müharibəni deyil, iqtisadiyyatın inkişafını dəstəkləyən Rusiyanın mövqeyindən çıxış edir.

Onun rəqibləri – Ermənistanın ikinci prezidenti Robert Köçəryanı dəstəkləyən qüvvələr isə, əksinə, Moskvanın dəstəyini itirirlər.

– Belə bir müşahidə var: Ermənistanın hökumətinin nümayəndələri sərhədlərin açılmasından danışırlar, amma bunun üçün sərhədləri müəyyənləşdirmək lazımdır. Və budur, Sovet xəritələrini kənara qoyub, keçən əsrin əvvəllərindəki Ermənistan Respublikasının xəritələrini əsas götürməyi təklif edən Ermənistan Ombudsmanı Arman Tatoyanın açıqlaması səslənir.

– Bu artıq sərhədlərin tanınmasının rədd edilməsidir, amma belə bir yanaşmanın tətbiq olunacağını düşünmürəm. Ombudsman – böyük ölçüdə populist bir fiqurdur, Ermənistanda isə revanşist düşüncələr güclüdür. İrəvanın rəsmi mövqeyi isə daha çox sağlam düşüncəli olmalıdır.

Ermənilər yeni “rəngli inqilab” təşkil etmək istəyəcəklərmi? Bu cür risklərin olmasına baxmayaraq, düşünürəm ki, yox. Hərçənd müharibənin nəticələrinə görə emosional vəziyyət aydındır. Onlar hamıdan inciklidir, təkcə Azərbaycandan yox, həm də Rusiyayan, Qərbdən və öz elitalarından. Ancaq bir daha təkrar edirəm, Nikol Paşinyan növbədən kənar seçkilərdə etimad mandatı alsa, mənə elə gəlir ki, Ermənistan regional layihələrə müdaxilə etməyəcək. İqtisadiyyat öz işini görəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678