Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hüqonun Tenardyesi qədər riyakar Koçaryan cani təbiətindən əl çəkə bilmir – TƏHLİL

122 Baxış

Ermənistanın eks-prezidenti Robert Koçaryan yeni cildə bürünür, yeni əbasında seçkiqabağı təbliğat şüarlarının cizgilərini görmək mümkündür.

Buna Robert Koçaryanın rusiyalı jurnalist Vladimir Poznerə müsahibəsində səsləndirdiyi fikirlərə ümumi baxışın nəticəsi deyə bilərik.

Robert Koçaryanın seçkiqabağı təbliğata Moskvadan başlamaq cəhdləri onun arxasında əbədi himayədarı (ən azından belə görünür) Rusiyanın dağ kimi dayanması görüntüsünü yaratmaqdan ibarətdir.

Koçaryan bununla Ermənistanın Baş naziri Nikol Paşinyana da seçkiqabağı mesaj verir.

Koçaryan müsahibəsində növbədənkənar parlament seçkilərinə qatılacağını bildirib. Darmadağın olmuş nüfuzun restavrasiyası üçün Koçaryanın dəridən-qabıqdan çıxması anlaşılandır. Bunun üçün isə ən münbit platforma seçkilərdir, hərçənd onun seçkidə xal qazanacağı da şübhə altındadır.

Koçaryan Viktor Hüqonun “Səfillər” romanının təbiətən ən iyrənc obrazı Tenardye qədər alçaq xarakterə malikdir.

Müharibədəki biabırçı məğlubiyyəti təkcə Paşinyanın üzərinə yıxmaq – indi bu, öz cinayətkar əməllərini və qurduğu ordunun bərbad gündə olmasını ört-basdır etmək üçün Koçaryanın söykəndiyi ən yumşaq istinad divarıdır. Bu, riyakarlığın zirvəsidir, ən azından öz məsuliyyət payını kənara qoymaq baxımından. Müharibəyə qədər Qarabağda lövbər salan quldur hərbi birləşmələri məhz Koçaryan-Sarqsyan tandeminin məhsulları idi.

Koçaryan fikirlərinin alt qatında naftalin iyi verən revanşizmi gündəmə gətirir, bu zaman da riyakarlıqdan qaça bilmir. Səsləndirdiyi ifadələrin zahiri xüsusiyyətlərində guya özünü qisas hisslərini kənara qoyan, özünü siyasi dialoq tərəfdarı kimi təqdim etməyə çalışır.

“Danışıqların bitdiyi yerdə müharibə başlayır. Çox riskli bir sahəyə girdiyimizi başa düşürük. Müharibənin yenidən başlama ehtimalı sadəcə açıqdır, lakin danışıqlar prosesi ən yaxşı halda saxladığımız ərazilərin Dağlıq Qarabağ statusu ilə mübadiləsinə səbəb ola bilər”- Koçaryan bildirir.

Koçaryan hələ də tarixin zibilliyində ilişib qalıb, hələ də “status, status” bağırır. Hansı status?!

Koçaryan onu da deyir ki, Ermənistan ordusunun indi müharibə aparmağa gücü yoxdur, ardınca isə işğalçı fikirlərini inkişaf etdirərək bildirir ki, ədalətsiz sülh uzun sürə bilməz. İnstinktiv reaksiyadır, Koçaryan vəhşi, cani təbiətindən əl çəkə bilmir. Maraqlıdır Koçaryan üçün ədalətli sülhün meyarları nədir? Cavaba ehtiyac da yoxdur, çünki Koçaryanın ümumiyyətlə sülhdən danışmaq üçün mənəvi hüququnu çoxdan itirib – Xocalı canisi olduğu gündən.

Əslində Koçaryan 2020-ci il 10 noyabr bəyanatının tətbiq edilməməsi üçün ciddi cəhdlə çalışır və Ermənistanda revanşizmi alovlandırmaq istəyir. Özü də Rusiyanı da prosesə qoşmaq istəyir. Həbsdən çıxdıqdan sonra ilk səfərini Rusiyaya etməsi də buna sübutdur.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678