Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan niyə separatçı rəhbərin tutulması üçün Azərbaycanla əməkdaşlığa başladı?

156 Baxış

Ermənistan ordusunda əcnəbi vətəndaşlardan hərbi xidmətdə istifadə adi hal almağa başlayır. Suriya, Livan, Fransa vətəndaşı olan ermənilərin, PKK/YPG terror qruplaşması olan kürdlərin Qarabağda Azərbaycan ordusuna qarşı döyüşməsi artıq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aşkara çıxıb.

Bu azmış kimi, məğlubiyyətə düçar olan Ermənistan Gürcüstan vətəndaşlarını da bu sıraya cəlb etməyə çalışır. Onların başında isə separatçı Vaaqn Çaxalyan durur.

Bu şəxs Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindən olsa da, yediyi qaba tüpürənlərdən sinfindəndir. Belə ki, Gürcüstanda dəfələrlə Cavaxeti ərazisinə muxtariyyət verilməsi təklifini müzakirəyə çıxarıb. Separatçının məqsədi isə aydındır: Gürcüstanın ərazisi olmuş, sonradan bura çar Rusiyası zamanı köçürülməklə süni şəkildə etnik ermənilərin sayı artırılmış bu regionun Ermənistana birləşdirilməsi…

Ötən ilin sonunda Ermənistan vətəndaşlığını qəbul etməklə Gürcüstana qarşı hörmətsizlik nümayiş etdirmiş Vaaqn Çaxalyan hazırda Qarabağa separatçı erməniləri cəlb etməyə çalışan qruplaşmanın əsas simasıdır. Bu ilin əvvəlində Gürcüstan vətəndaşlığından çıxarılan Çaxalyan barəsində oktyabrın 9-da Baş Prokurorluq cinayət işi açıb. O, Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 114 (muzdluluq), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 279.3-cü  (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri üzrə günahlandırılır.

Bu məsələdən Gürcüstan tərəfi də çox narahatdır. Belə olmasaydı, Gürcüstan Baş Prokurorluğu da Azərbaycanla həmin şəxsin tutulması yönündə əməkdaşlığa razılıq verməzdi. Çünki separatçı ermənilərin təlim keçib Qarabağda vuruşması və təcrübə toplaması Gürcüstanın gələcəyi üçün də real təhlükədir. Heç kim zəmanət verə bilməz ki, bu qruplaşmalar müharibədən sonra silahlarının nişangahını Gürcüstana qarşı çevirməyəcək. Artıq siyasi dairələrin kulis arxasında cəbhədəki uğursuzluğu unutdurmaq üçün min-bir bəhanə axtardığı, uğursuzluğu ört-basdır etmək üçün Cavaxeti bölgəsinə ərazi iddialarını genişləndirmə kampaniyası başlanılması barədə söhbətlər gedir.

Səbuhi Musayev


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678