Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”

123 Baxış

“Azərbaycan həmişə münaqişənin həll edilməsində maraqlı olub, çünki münaqişədən əziyyət çəkən tərəf idik. Azərbaycanın mövqeyi konstruktiv olub”. 

Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında deyib. 

Dövlət başçısı qeyd edib ki, Ermənistan münaqişənin həll olunmasını istəmirdi. 

“Mən danışıqlar zamanı hiss edirdim ki, Ermənistan həll istəmir. Onlar həll istədiyini deyirdilər, amma onların atdıqları addımlar sülhə yönəlməmişdi”, – deyə İlham Əliyev əlavə edib. 

Onun sözlərinə görə, işğal müddətində müdafiə xətləri qurmaq, ərazilərin minalanması üçün Ermənistan tərəfindən yüz milyonlarla dollar sərmayə qoyulub. 

“Biz aydın başa düşürdük ki, bu, əraziləri daim işğal altında saxlamaq üçün atılan addımlardır”,-deyə Prezident əlavə edib. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678