Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Amerikada Baydenə etiraz aksiyası – CANLI

118 Baxış

ABŞ prezidenti Co Baydenin açıqlamasında 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” sözünü işlətməsi böyük etirazlarla qarşılanıb.

Türkiyə və Azərbaycandan olan siyasətçilərin, dövlət və hökumət rəsmilərinin etirazları ilə yanaşı sadə insanlar da Baydenin sözügedən açıqlamasına öz etirazlarını bildirirlər.

Bununla əlaqədar ABŞ-ın Nyu-York şəhərinin Şeridan meydanında azərbaycanlı və türklərdən ibarət bir qrup insan etiraz aksiyası keçirir.

Hazırda davam edən aksiyaya onlarla insan yığışıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan etirazçılar “soyqırımı” ifadəsinin doğru olmadığını, sözügedən iddianın saxta olduğunu bildirən şüarlar səsləndirirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678