Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

General-polkovnik: “Harop”larla iki saat ərzində ermənilərin 14 tankını məhv etdik”

118 Baxış

Ermənilər Horadiz kənd istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda “Harop”larla iki saat ərzində düşmənin 14 tankını məhv etdik. 

Bu sözləri Zəngilanda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında DSX rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə məruzə edən zaman deyib. 

“Təqribən 10-12 tankı düşmən burada qoyub qaçdı”, – deyə Elçin Quliyev əlavə edib.

E.Quliyev dövlət başçısına düşmənə məxsus S-300 raketlərinin məhv edilməsinin görüntülərini də nümayiş etdirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678