Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynalı ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli variantlarından danışdı

175 Baxış

Müharibənin gedişi iki variantla həllini proqnozlaşdırmağa imkan verir – birincisi hərbi, ikincisi hərbi-siyasi.

Media.az-ın verdiyi məlumata görə, Ukraynalı hərbi icmalçı Aleksey Arestoviç Dağlıq Qarabağda müharibənin gedişatını qiymətləndirərkən belə deyib.

O, hərbi yolla həll kimi Azərbaycan ordusunun Şuşanı, Xankəndini azad etməsini göstərdi:

“Bəli, erməni qüvvələri ayrı-ayrı “ukreprayonlarda” (müdafiə mövqelərində – red.) qalırlar. Bu vəziyyətdə onlara təslim olmaq imkanı verilməlidir, əks halda, sadəcə, kobud şəkildə ifadə etsək, acından öləcəklər. Bu variantı çətinləşdirən nədir? Hadrutun şimal-qərbində və Qırmızı Bazarın ərazisində, dağ silsiləsində, erməni qoşunları özlərini müdafiə edərək Azərbaycan qoşunlarının irəliləməsinə mane olurlar. Üstəlik, hava tezliklə pisləşəcək”.

Ekspert Azərbaycana təmiz hərbi qələbə arzuladığına baxmayaraq, hərbi-siyasi variantı daha real adlandırdı:

“Bu seçim ondan ibarətdir ki, Azərbaycan ordusu Qarabağdakı erməni qüvvələrini maksimum məğlubiyyətə uğradır. İrəvan da təzyiq altında güzəştə getməyə başlayır, qoşunlarının geri çəkilməsi üçün vaxt cədvəlini qəbul edir və sair”.

O, hərbi və hərbi-siyasi həll arasındakı ara seçimin də mümkünlüyünü qeyd edərək, bununla belə tamamilə siyasi həll olmayacağını vurğuladı.

Aleksey Arestoviç İrəvanın Rusiyanı münaqişəyə cəlb etmək barədə səylərinə də toxunaraq bunun alınmayacağını və Moskvanın mövqeyini açıq şəkildə ifadə etdiyini dedi.

“Həm də vacib bir amil var – Türkiyə. Rusiyaya Türkiyə ordusu ilə birbaşa qarşıdurma lazım deyil. Bundan əlavə, Moskva Ankara ilə fəal əlaqə qurur”, – deyə ukraynalı icmalçı əlavə edib.

Rusiyanın Qafqazda tənzimləyici statusunu itirmək istəmədiyini vurğulayan müsahib Moskvanın Paşinyanı cəzalandırmaq istədiyini də vurğulayıb.

Ekspert onu da qeyd edib ki, heç kim uduzulmuş müharibə üçün məsuliyyəti öz üzərinə götürmək istəmədiyindən, Ermənistanın baş nazirini heç kim vəzifədən uzaqlaşdırmayacaq və ya devirməyəcək.

“Ermənistanın “Müharibə Partiyası” Nikol Paşinyan müharibədə məğlub olana qədər gözləməyi üstün tutacaq, yalnız bundan sonra vəzifəsindən kənarlaşdıracaq”, – deyə A.Arestoviç sözlərini yekunlaşdırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678