Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hikmət Hacıyev Ermənistanın BMT konvensiyasını pozduğunu bildirib – FOTO

162 Baxış

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün sosial media hesabında qadağan olunmuş silahlarla bağlı paylaşım edib.

O yazıb:

“Tərkibində ağ fosfor olan silahlar tənəffüs zamanı, udulduqda və ya yanmış yerlərdə udulduqda son dərəcə zəhərlidir və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər. Belə silahlar ağır istilik və kimyəvi yanmalara səbəb olur.

Ermənistanda fosforlu partlamamış döyüş sursatları istifadə olunurdu.

Mülki şəxslərə və ya mülki obyektlərə, həmçinin meşələrə və ya bitki örtüyünün başqa növlərinə ağ fosforlu mərmilərlə hücumlar BMT-nin 1980-ci ildə “Bəzi silah növlərinin qadağan olunması haqqında” Konvensiyasının “Yandırıcı silahın tətbiqinin qadağan olunması və ya məhdudiyyəti haqqında” III Protokolu ilə qadağan olunub”.

Attacks on civilians or civilian objects as well as on forests or other kinds of plant cover White Phosphorus shells prohibited under the Protocol III on Prohibitions or Restrictions on Use of Incendiary Weapons of UN Convention on Certain Conventional Weapons of 1980. pic.twitter.com/MGVtM90gxL

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 3, 2020


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678