Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tələbə Gənclər Təşkilatları İttifaqının “Heydər Əliyev həftəsi” uğurla başa çatdı – FOTO

123 Baxış

3-10 may tarixlərində ümummilli lider Heydər Əliyevin 98-ci ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və tələbə gənclər təşkilatları tərəfindən “Ümummilli Lider Heydər Əliyev Həftəsi” adı altında kompleks tədbirlər keçirilib. Tədbirlər onlayn və oflayn formatda olmaqla iki yerə bölünüb. 

Onlayn tədbirlər sırasına “Ulu Öndərin Ulu İrsi” adlı bilik yarışı və “Sən elə bir zirvəsən” adlı inşa müsabiqəsi daxil idi. Belə ki, İttifaq və Azərbaycan Turizm və Menecment Universiteti TGT-nin birgə təşkilatçılığı ilə həyata keçirilən intellektual oyun Heydər Əliyev irsinin tələbələr arasında yaşadılması və mənimsənilməsinə yönəlmişdi. Bənzər məqsədlə ATGTİ və Azərbaycan Memarlıq və İnşaat Universiteti TGT-si tərəfindən həyata keçirilən inşa müsabiqəsi də uğurla başa çatıb. İştirakçıların inşaları Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza tərəfindən qiymətləndirilib və ilk üç yerin sahibi mükafatlandırılıb.

Həmçinin, 6 may tarixində ATGTİ, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və akademiyanın TGT-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda elmi-praktiki konfrans keçirilib. Görüşdə DİA-nın rektoru, professor Urxan Ələkbərov, deputat Aydın Mirzəzadə və İttifaqın sədri Pərviz Mirələmli çıxış ediblər. 

Oflayn tədbirlər sırasına isə 6 may tarixində Beynəlxalq Olimpiada Mərkəzinin tarix metodisti Vüsal Qasımovun iştirakı ilə Heydər Əliyevin siyasi görüşləri və həyatına həsr olunmuş seminar və 7 mayda ittifaqın ofisində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası TGT-nin birgə təşkilatçılığı ilə baş tutmuş tələbələrin əl işlərindən ibarət sərgi daxil idi. 

Əsası ulu öndər tərəfindən qoyulan və bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, yeni inkişaf mərhələsini yaşayan gənclər siyasəti haqqında tələbələrlə müzakirələrin aparılması, Heydər Əliyev dühasının misilsiz xidmətləri və dövlətçilik fəlsəfəsinin tələbələrə aşılanması məqsədi ilə keçirilmiş mühazirələr də “Ümummilli Lider Heydər Əliyev Həftəsi” çərçivəsində baş tutmuş layihələr sırasında idi. Ümummilli liderin “Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır” sözlərini rəhbər tutan yüzlərlə tələbənin iştirakı ilə həyata keçirilən görüşlər olduqca interaktiv keçib. İttifaqın sədri Pərviz Mirələmli də çıxışlarında ictimai-siyasi, mədəni həyatın müxtəlif sahələrində sistemli islahatları ilə dərin və əvəzolunmaz iz qoymuş ulu öndərimizin bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verdiyini vurğulayaraq tələbələrə gələcək işlərində uğurlar arzulayıb. 

Ümummilli liderin ana dili strategiyasını əsas tutaraq tələbələri Heydər Əliyevin natiqlik sənətinin tədqiq olunmasına ruhlandırmaq və ulu öndərin ölkənin inkişafı istiqamətində gördüyü işlərlə yaxından tanış etmək üçün ATGTİ-nin təşkilatçılığı ilə “Heydər Əliyev Gənclərin Səsi ilə” adlı videoçarx hazırlanaraq sosial şəbəkələrdə paylaşılacaq. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678