Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lavrov Bakıda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi – FOTO

132 Baxış

Azərbaycan Respublikasında səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mayın 11-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad edib.

Rusiyanın xarici işlər naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sergey Lavrov mayın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Səfər çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Rusiya XİN başçısı Bakıdakı “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib.

İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş qəhrəmanların xatirəsi ehtiramla yad olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678