Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan hakimiyyətini saxlamaq üçün istənilən ölkəyə irad bildirə bilər – VİDEO

157 Baxış

Ermənistanın baş naziri Nikol Paşinyan İsrail hakimiyyətinə İrəvana deyil, Dağlıq Qarabağdakı yəhudi dövləti tərəfindən silahlandırılan muzdlulara humanitar yardım göndərilməsini təklif edib. 

Baku TV xəbər verir ki, “The Jerusalem Post” qəzetinə verdiyi müsahibədə Paşinyan İsrailin humanitar yardım təklifinə əks reaksiya verib. 

“Muzdlulara silah satan, mülki insanlara zərbə vurmaq üçün istifadə olunan bir ölkədən humanitar yardım qəbul etmək? Mən İsrailin bu yardımları öz fəaliyyətinin məntiqi davamı olaraq muzdlulara və terrorçulara göndərməsini təklif edirəm”.

Paşinyanın bu məntiqini rusiyalı siyasətçi Oleq Kuznetsov bir mənalı qarşılamayıb: Paşinyanın mövqeyi indi elədir ki, o daxili siyasətini, hakimiyyətini saxlamaq və əhalini özünə inandırmaq üçün istənilən ölkələrə istənilən irad bildirə bilər. 

Necə ki, hazırda KTMT üzrə tərəfdaşı olan Rusiyanı öz vəzifəsini yerinə yetirməməklə günahlandırır. Bununla o hesab edir ki, ekstraordinal qərarlar verir. Xatırladaq ki, İsrail prezidenti Reuven Rivlin, Armen Sarkisyanla telefon danışığı zamanı İsrailin Azərbaycanla münasibətlərinin uzunmüddətli olduğunu qeyd edib və “iki ölkə arasındakı əməkdaşlığın heç bir tərəfə qarşı yönəlmədiyini” deyib.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678