Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı deputatlar Sankt-Peterburqda beynəlxalq tədbirdə iştirak ediblər – FOTO/VİDEO

119 Baxış

Bu gün Milli Məclisin deputatları Emin Hacıyev və Nigar Arpadarai Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasında iştirak edib. 

Bu barədə Oxu.Az-a Emin Hacıyev məlumat verib. 

Millət vəkili assambleyanın iclasında çıxış edərək ölkəmizin gənclər siyasəti, gənclərin ekoloji maariflənməsi haqqında məlumat verib. 

Deputat həmçinin, bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla Əliyevanın təsis etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi layihələr haqqında da danışıb. 

Tədbir zamanı Emin Hacıyev uzun illər işğal altında olan torpaqlarımızda Ermənistanın həyata keçirdiyi ekoloji terror, eyni zamanda, təbii resurslar – çaylar vasitəsilə uşaq oyuncaqlarının içinə yerləşdirilmiş partlayıcı maddələr vasitəsilə sui-qəsd və sui-qəsdə cəhdlər haqqında söhbət açıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678