Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident: “Azərbaycan pandemiya ilə mübarizədə aparıcı ölkələrdən biridir”

124 Baxış

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin “SinoVac” peyvəndləri ilə təmin olunmasında göstərdiyi dəstəyə görə Çinə təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə danışıb.

“Xahişimiz dərhal təmin edildi və bunun sayəsində bu gün Azərbaycan bu pandemiyaya qarşı mübarizədə aparıcı ölkələr sırasındadır. Bunun sayəsində indiyədək 1,9 milyon insanı vaksinasiya edə bilmişik. Bu, ümumi əhalimizin təxminən 20 faizini təşkil edir, peyvəndlərin 99,9 faizi isə Çin peyvəndi idi”, – o deyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678