Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-ın keçmiş səfiri: “Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi”

109 Baxış

“Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi. Burada gördüyümüz mənzərə ürəkağrıdıcıdır”.

“Report”un məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərin bərpası xeyli zaman alacaq: “Bununla belə, Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi çox yaxşı haldır. Biz Azərbaycan və Ermənistanın tezliklə mehriban qonşuluq şəraitində yaşamalarını arzulayırıq”.

Qeyd edək ki, ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olması nəzərdə tutulur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678